“Əlbəttə ki, Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi və sizin iştirakınızla, əziz qardaşımın iştirakı ilə keçirilmiş hərbi parad bunu bir daha göstərdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Hər kəs Qarabağ mövzusunda ağlını başına toplamalıdır” – Akardan sərt açıqlama
“Siz gördünüz ki, bu nə qədər böyük sevincə, coşquya səbəb oldu, on minlərlə, yüz minlərlə insan küçələrə axışdı və bizim Azərbaycan və türk əsgərlərini qarşıladı.
Bu, bizim birliyimizin nümunəsidir. Paradı seyr edərkən iki il öncəki parad da yadımıza düşdü. O vaxt biz Bakının azad edilməsində Nuru paşa ordusunun, Qafqaz İslam Ordusunun qəhrəmanlığını qeyd etmişdik.
Bu dəfə isə Qarabağın azad edilməsini qeyd etmişik. Yenə də bərabərik və əbədi də bir yerdə olacağıq”,- deyə İlham Əliyev qeyd edib.
Bizim.Media