Ən qısqanc 6 BÜRC və onların qısqanclıq XÜSUSİYYƏTLƏRİ 

Ən qısqanc 6 BÜRC və onların qısqanclıq XÜSUSİYYƏTLƏRİ 

Hazırda oxunan: Ən qısqanc 6 BÜRC və onların qısqanclıq XÜSUSİYYƏTLƏRİ 

70248

Bürclər insanların xarakterlərinə ikili münasibətlər sarıdan ciddi təsir göstərir. Bürclərin insan xarakterinə qısqanclıq hissi ilə bağlı təsiri də danılmazdır. Lakin istər romantik, istər dostluq, istərsə də digər xüsuslarda qısqanclıq insanların həyatını cəhənnəmə çevirməyi bacarır.

Bizim.Media ən qısqanc bürclərin siyahısını təqdim edir:

1. Əqrəb 

Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanırlar. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

2. Qoç

Həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyini artıqlamasıyla göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olunduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduqları üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.

3. Balıq 

Qısqanclıq balıq bürcü üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünür. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir, çünki azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

4. Buğa

Buğalar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğa əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan buğalar, qısqanclıqları ilə həm özlərini, həm də insanları narahat edirlər. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

5. Xərçəng

Duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda heç də digərlərindən geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçəng  çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclığın ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilər. Yalan danışdığınızı o dəqiqə hiss edir. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

6. Oğlaq

Məntiqli düşünüb hər zaman yüksəlməyi arzulayır və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən Oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Digər bürclərin nümayəndələri isə qısqanclıqlarını bu cür sərgiləyirlər:

Əkizlər 

Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir.  Hər zaman şən və pozitivlikdən yana olduğundan qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə, vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Şir

Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olunmağı gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədikləri üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız

Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanclıq duyğusunu yaşamır və yaşatmazlar, lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi

Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Oxatan 

Adətən bu bürc qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hisslərini ciddi-cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Dolça 

Hər bir insan kimi Dolçalar da hərdən qısqanclıq hisslərinin əsiri olurlar. Lakin digər bürclərlə müqayisədə Dolçalar, demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdırlar. Özləri qısqanc olmadıqları üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər.  Onlara qarşı qısqanc olmadığınız müddətdə  münasibətləriniz normal və qaydasında gedəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO