Sabiq müdafiə naziri Paşinyanın müharibə ilə bağlı daha bir sirrini açdı – DETALLAR

Sabiq müdafiə naziri Paşinyanın müharibə ilə bağlı daha bir sirrini açdı – DETALLAR

Hazırda oxunan: Sabiq müdafiə naziri Paşinyanın müharibə ilə bağlı daha bir sirrini açdı – DETALLAR

70181

Baş nazir Nikol Paşinyanın 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda  qoruyucu jilet və dəbilqə çatışmazlığından xəbəri olub.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri keçmiş müdafiə naziri David Tonoyan səsləndirib.

“Məsuliyyətlə bildirirəm ki, silahlı qüvvələrin silah-sursatına və hərbi texnikasına, o cümlədən dəbilqə və qoruyucu jiletlərə olan tələbat Ermənistan hökuməti tərəfindən sonuncu dəfə Paşinyanın baş nazir olduğu dövrdə təsdiq edilmiş Silahların və Hərbi Texnikanın İnkişafı Proqramında ətraflı əksini tapıb", deyə o, qeyd edib.

Xatırladaq ki, Tonoyan və daha bir neçə yüksək rütbəli hərbçi hazırda həbsdədir və istifadəyə yararsız təyyarə raketləri almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunurlar.

Onlar öz günahlarını etiraf etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO