Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi separatçı Arutyunyanla görüşdən imtina etdi

Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi separatçı Arutyunyanla görüşdən imtina etdi

Hazırda oxunan: Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi separatçı Arutyunyanla görüşdən imtina etdi

70033

Aprelin 11-də Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Bris Rokfey İrəvana rəsmi səfər edib və burada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, eləcə də ölkənin digər yüksək rütbəli rəsmiləri ilə görüşüb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, şənbə günü, aprelin 16-da “Hraparak” qəzeti Rokfeyin Ermənistana səfərinin təfərrüatlarını dərc edib.

Nəşrin mənbələrinin məlumatına görə, səfər zamanı erməni tərəfi Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi ilə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan arasında ikitərəfli görüş hazırlayırmış.

Lakin fransız diplomatın imtinası səbəbindən bu görüş baş tutmayıb.

Rokfey separatçıların “xarici işlər naziri” David Babayanla da görüşməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO