Xaçmazda həmyerlisini bıçaqlayan şəxs həbs olundu

Xaçmazda həmyerlisini bıçaqlayan şəxs həbs olundu

Hazırda oxunan: Xaçmazda həmyerlisini bıçaqlayan şəxs həbs olundu

69948

Xaçmazda xuliqanlıq edən şəxs həbs olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini Sahil Əzizov aralarında yaranan mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib. 

S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər ifadə edib. 

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO