Bu gün 23 mindən çox şagird buraxılış imtahanı verir  

Bu gün 23 mindən çox şagird buraxılış imtahanı verir  

Hazırda oxunan: Bu gün 23 mindən çox şagird buraxılış imtahanı verir  

69897

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. 

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, bugünkü imtahanlarda 23 min 107 şagirdin iştirakı gözlənilir. 

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 
Şagirdlər imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və sağlamlıq haqqında bəyannamə gətirməlidirlər. 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO