Premyer Liqada 2 OYUN - “Qarabağ” “Şamaxı”nı qəbul edir

Premyer Liqada 2 OYUN - “Qarabağ” “Şamaxı”nı qəbul edir

Hazırda oxunan: Premyer Liqada 2 OYUN - “Qarabağ” “Şamaxı”nı qəbul edir

69733

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. 

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 17:00-da start götürəcək. 

Hazırda meydan sahibləri 34 xalla 4-cü, bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci pillədə yer alıb. "Qəbələ" qalib gəlsə, ən azı bir gün müddətinə 3-cü pilləyə yüksələcək. Əks halda, "qırmızı-qaralar" 5-ci yerə enmə təhlükəsi ilə üzləşə bilər. 
Günün ikinci qarşılaşmasında 52 xalla lider olan "Qarabağ" 20 xalla 6-cı sıradakı "Şamaxı" ilə üz-üzə gələcək. Saat 19:30-da başlayacaq oyunun nəticəsi komandaların mövqeyinə təsir etməyəcək. 

Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. "Şamaxı" isə son 3 səfər görüşündə xal qazana bilməyib.

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO