Parkinsona tutulan Allahverdi Yolçuyevdən ŞOK SÖZLƏR: “AZTV-dən ixtisara salıb çıxardılar” - ÖZƏL

Parkinsona tutulan Allahverdi Yolçuyevdən ŞOK SÖZLƏR: “AZTV-dən ixtisara salıb çıxardılar” - ÖZƏL

Hazırda oxunan: Parkinsona tutulan Allahverdi Yolçuyevdən ŞOK SÖZLƏR: “AZTV-dən ixtisara salıb çıxardılar” - ÖZƏL

69652

“Xəstəliyimlə bağlı biraz irəliləyiş var. Bir klinika bütün müayinə və müalicəmi öz boynuna götürüb. Vaxtı-vaxtında ora gedib, müalicələr alıram, həmdə məni dərmanlarla təmin edirlər. Mən özüm görməsəm də, onlar söyləyirlər ki, əsməm az da olsa, azalıb”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində məşhur aktyor Allahverdi Yolçuyev bildirib. Parkinson xəstəliyinə tutulan sənətkar, səhhətindən danışıb: 

“3 ildir ki, bu xəsətlikdən əziyyət çəkirəm. Xəstəliyimlə bağlı İrana qədər getmişəm. Əsas odur ki, xəstəlik irəliləməsin, inkişaf olmasın”. 
 

MÖVZU İLƏ BAĞLI:

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: “Təqaüd də almıram...”


42 ildir Azərbaycan mədəniyyətinə xidmət edən A.Yolçuyev hələ də fəxri ad ala bilmədiyini dilə gətirib: 

“İşləmirəm, təqaüd almıram. Təqaüd almağım üçün hələ yaşım çatmır. Gələn il yəgin ki, alacağam. Qocalıq təqaüdü təxmini 200 manat civarındadır. Hərdən bir məni dublyaja çağırırlar. Teatrda mənə deyirlər ki, yaşlanmışam. Bu səbəbdən də məni işə götürmürlər. Fəxri adım olsaydı, teatda işə götürərdilər. Fəxri ad olanda teatrda vakansiya yerləri olur, deyirlər. Amma fəxri adım da yoxdur. Əgər mənim 42 illik zəhmətimi qiymətləndirməyiblərsə, indidən sonra da nəsə gözləmirəm. Mədəniyyət nazirliyini dəfələrlə yazılı şəkildə müraciət etmişəm, məktublarda yazmışam, amma susurlar.

Ən azından fəxri adım olsa, təqaüd də alaram, dərmanlarımın və müəyyən ehtiyaclarımı ödəyərəm. Mədəniyyət nazirliyi mənə deyir ki, fəxri ad almaq üçün, sənin haqqında təqdimat yazılmalıdır. Təqdimat haradan olmalıdır ki, əgər mən heç bir teatrda çalışmıramsa?! Öləndən sonra yəgin yadalarına düşərəm”.
İşsiz-gücsüz qalan aktyor yenidən teatra qayıtmaq istədiyini bildirib:

“Son iş yerim Azərbaycan Dövlət Televiziyası olub. Oradan 8 il işlədim. Sonra AzTV səhmdar cəmiyyət statusuna keçdikdən sonra, ixtisarlar başlandı. Məni də ixtisara salıb, işdən çıxartdılar. İndi heç maraqlanan da yoxdur, axı orada xeyli işlər görmüşəm. Uşaqların sevimlisi olmuşam. Sonradan Gənc Tamaşaçılar Teatrında çıxışlarım olub. Rejissor və aktyor Nicat Kazımov orada 3 il əvvəl mənim 60 illik yubileyimi keçirtdi. Mənə dəstək oldu.

Ona təşəkkürümü bildirirəm. Bilirsiz, söhbət puldan da getmir. Sənətlə məşğul olmağım mənə mənəvi dayaq verir, stimul alıram. Hiss edirəm ki, lazımsız deyiləm, işləyə bilirəm. Obrazlara diqqətlə yanaşıram, azdan-çoxdan obrazlar yarada bilirəm. Bu yaşdan sonra nə edim?! Gedim pinəçi, satıcı, sürücü olum?”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO