Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə əməliyyatlarında mühüm uğurlara imza atan Hakkarinin Yüksekova rayonundakı 3-cü Piyada Diviziya Komandanlığında iftar yeməyinə qatılıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, prezident Ərdoğan iftar yeməyindən öncə yeməkxananın girişində əsgərləri salamlayıb.
O, Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandirləri ilə dua oxuduqdan sonra əsgərlərlə birlikdə iftar yeməyi yeyib.
Prezident Ərdoğan sosial media hesabından paylaşdığı açıqlamada belə yazıb:
“Bu axşam Yüksekova 3-cü Piyada Diviziya Komandanlığında Türk Silahlı Qüvvələrimizin dəyərli üzvləri ilə, mehmetçikimizlə iftar süfrəsində idik. Allah bütün əsgərimizdən razı olsun, qatıldıqları bütün mübarizələrdə zəfər qazanmağı nəsib etsin”.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
13:03 / 14.04.2022
Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO
Hazırda oxunan: Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO
Hazırda oxunan: Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO
69620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.