“Mərkəzi Bankın İdarə Heyətindən çıxarılandan sonra onun ya Nazirlər Kabinetində hansısa vəzifəyə gətiriləcəyi, ya da diplomatik xətlə hansısa ölkəyə səfir göndəriləcəyi gözləniləndir”.
Bunu Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən çıxarılan Elman Rüstəmovun başqa yeni bir vəzifəyə təyin edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis Elman Rüstəmovun gedişini TƏSDİQLƏDİ - YENİLƏNİB
“Bu addımın baş verməsi ehtimalı böyükdür. Adi xalqın gözündə E.Rüstəmovun reytinqi o qədər yüksək olmasa da hökumət və müxalifətin ona münasibəti adətən müsbətdir. Belə ki, Elman Rüstəmov vaxtilə Mərkəzi Banka Əbülfəz Elçibəyin qərarı ilə təyin olunub”.
Rüfət Sultan, Bizim.Media