Azərbaycan Əmanətlərin Sığortalanması Fondu indiyədək nə qədər kompensasiya ödəyib?

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu indiyədək nə qədər kompensasiya ödəyib?

Hazırda oxunan: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu indiyədək nə qədər kompensasiya ödəyib?

69199

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətdə olduğu 15 il ərzində 1 494 376 614 manat kompensasiya ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qurumun kompensasiya ödədiyi əmanətçilərin ümumi sayı təxminən 53,8 min nəfərdir.

Xatırladaq ki, ADİF Milli Məclisin 29 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna və Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixində imzaladığı fərmana əsasən yaradılıb, 12 avqust 2007-ci il tarixindən fəaliyyətə başlayıb.

Fondun məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
ADİF-i ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO