Milli Məclis Elman Rüstəmovun gedişini TƏSDİQLƏDİ - YENİLƏNİB

Milli Məclis Elman Rüstəmovun gedişini TƏSDİQLƏDİ - YENİLƏNİB

Hazırda oxunan: Milli Məclis Elman Rüstəmovun gedişini TƏSDİQLƏDİ - YENİLƏNİB

69179

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.

Bizim.Media-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

*** 11:00

Bu gün Milli Məclisin plenar iclası keçirilir.  

Bizim.Media xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edilir.  

Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər iki təqdimata müsbət rəy verilib və plenar iclasında müzakirə üçün tövsiyə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Elman Rüstəmovun vəzifədən azad edilməsi məsələsinə baxacaq


Qeyd edək ki, E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən azad olunacaq.

Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir.  

İdarə Heyətində Elman Rüstəmovu Paşa Bankın idarə heyətinin sədri Taleh Kazımov əvəz edəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO