Canlı efirdə etirazı ilə gündəm olan Marina Almaniyada işə BAŞLADI -

Canlı efirdə etirazı ilə gündəm olan Marina Almaniyada işə BAŞLADI - "Ruslar qorxur"

Hazırda oxunan: Canlı efirdə etirazı ilə gündəm olan Marina Almaniyada işə BAŞLADI - "Ruslar qorxur"

69084

Rusiyanın “Birinci Kanal”ında afişa ilə canlı efirə çıxan keçmiş redaktor Marina Ovsyannikova Almaniyanın “Die Welt” nəşri üçün “Ruslar qorxur” adlı ilk məqaləsini yazıb. 

Bizim.Media xəbər verir ki, Ovsyannikova dövlət telekanalından ayrıldıqdan sonra humanitar yardım toplamağa başladığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putinə etiraz edən "Birinci kanal"ın əməkdaşı 30 min cərimələndi - VİDEO


“Evə qayıdan kimi dərhal qaçqınlar üçün humanitar yardım toplamağa başladım. 400-ə yaxın ukraynalı Moskvadan çox da uzaq olmayan Kaluqa vilayətinə aparılıb. Onlar yerli sanatoriyalara yerləşdiriliblər. Qonşularım və dostlarım bu çağırışı böyük həvəslə dəstəklədilər” – deyə Ovsyannikova qeyd edib.

O, həmçinin hər tərəfdən təzyiqə məruz qaldığını söyləyib: 

“Sosial mediada inanılmaz təqiblərlə üzləşirəm. Ukraynalılar mənə FSB agenti deyirlər, ruslar yazır ki, mən Britaniya kəşfiyyatına işləyən xainəm. Hamısı gizli mənalar axtarır və ən inanılmaz sui-qəsd nəzəriyyələrini irəli sürürlər. Bunun vətəndaşın emosional etirazı olduğuna heç kim inanmaq istəmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO