“Yayılan videonu gördük. Biz bu məsələni araşdırdıq. SEPAH-ın rəsmi saytında belə bir şeyi görə bilməzsiz”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin sözçüsü Ali Musəvi deyib.
MÖVZU İLƏ BAĞLI:
SEPAH-dan Bakı və Ankaraya təhdid MESAJI – İran Azərbaycanla “atəşkəsi”i yenidən pozur? – VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox təxribat mesajları öz əksini tapıb. Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamlar yer alıb.
Ali Musəvi SEPAH-ın Azərbaycandakı atteşesi kimi fəaliyyət göstərən hərbçinin də yayılan görüntülərin rəsmi mövqe olmadığını qeyd edib.
“Bizim buradakı hərbi atteşemiz SEPAH-dandır. Ondan soruşduq, o da baxdı, SEPAH-ın belə bir saytı (“twitter” hesabı) yoxdur. Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır və yaxşıya doğru da gedir. Amma ki, hər zaman belə şeylər çıxır, təəssüf ki”, - deyə A.Musəvi əlavə edib.
Tehran, Bizim.Media