Gürcüstan Kiyevin tələbi ilə “ikinci cəbhə” açmayacaq

Gürcüstan Kiyevin tələbi ilə “ikinci cəbhə” açmayacaq

Hazırda oxunan: Gürcüstan Kiyevin tələbi ilə “ikinci cəbhə” açmayacaq

69032

“Gürcüstan Tbilisinin Rusiyaya qarşı sanksiyaları rədd etməsini tənqid edən Ukraynanın tələb etdiyi kimi “ikinci cəbhə” açmayacaq”.  

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

"Ukraynada bədbəxtlik, faciə, müharibə var. Biz sülhü, sabitliyi qorumalıyıq. Gürcüstanda ikinci cəbhə olmayacaq. Biz buna imkan verməyəcəyik. Vətəndaşlarımızı və dövlətimizi qorumağa davam edəcəyik", – deyə Qaribaşvili qeyd edib.  
Xatırladaq ki, fevralın 25-də Gürcüstanın baş naziri bəyan edib ki, Gürcüstan Ukraynada gedən proseslərlə bağlı Rusiyaya sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Martın 1-də Ukrayna prezidenti Volodimir Zelenski səfiri məsləhətləşmələr üçün Tbilisidən geri çağırıb. Qaribaşvilinin bəyanatı Gürcüstan müxalifətinin nümayəndələri tərəfindən də tənqid edilib. Hakimiyyət müxalifətçiləri Rusiya ilə müharibəyə başlamaq və “ikinci cəbhə” açmaq istəməkdə ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO