Avropanın Rusiyadan neft və qazdan asılılığı azalacaq? – ABŞ-dan AÇIQLAMA

Avropanın Rusiyadan neft və qazdan asılılığı azalacaq? – ABŞ-dan AÇIQLAMA

Hazırda oxunan: Avropanın Rusiyadan neft və qazdan asılılığı azalacaq? – ABŞ-dan AÇIQLAMA

68956

“ABŞ Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atır”.

Bizim.Media xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden bu məsələ ilə bağlı Avropa liderləri ilə birbaşa təmasdadır:

“Biz Avropanı Rusiyanın enerji daşıyıcılarından təmizləmək üçün çalışırıq. Biz Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını artırırıq ki, onlar Rusiya qazından asılılığını azaltsınlar. Biz onların Rusiya neftindən asılılığını da azaltmaq üçün addımlar atırıq”.

Ceyk Sallivan əlavə edib ki, ABŞ artıq Avropaya qaz ixracını artırır: “ABŞ Rusiyadan asılılığını azaltmaq üçün faktiki olaraq artıq Avropaya qaz ixracını artırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO