Ani Lorak Rusiyadakı konsertlərindən imtina etdi - Harada çıxış edəcək?

Ani Lorak Rusiyadakı konsertlərindən imtina etdi - Harada çıxış edəcək?

Hazırda oxunan: Ani Lorak Rusiyadakı konsertlərindən imtina etdi - Harada çıxış edəcək?

68897

Ukraynadakı müharibəyə səssiz qalan Ani Lorak bir müddət əvvəl Rusiyadakı bütün konsertlərini ləğv edərək Birləşmiş Ərəb Əmirliklərə yollanıb.

Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdən yoxa çıxıb və müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb.

İndi sənətçinin fan səhifələrində pərəstişkarları yalnız arxiv çıxışlarını xatırlayırlar. Yeri gəlmişkən, Lorakın rəsmi saytındakı posterə əsasən, müğənni payızadək konsert verməyi planlaşdırmır.

Sənətçinin saytında "dünya göyərçini”nin yeni çıxışlarının tarixləri bəlli olub. Maraqlıdır ki, indiyədək Ani Lorakın Rusiyadakı konsertləri açıqlanmayıb. Oktyabr ayında sənətçi Almaniya və Praqada konsert verməyi planlaşdırır.

Xatırladaq ki, Ukrayna Ani Lorak və Vasili Qerellonu bütün titullardan və fəxri mükafatlardan məhrum etmək niyyətindədir. Daha əvvəl Çernovçıda Ani Lorakın adı Ulduzlar alleyasından çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO