“Azəralüminium”un korporativ strukturu təsdiq edildi

“Azəralüminium”un korporativ strukturu təsdiq edildi

Hazırda oxunan: “Azəralüminium”un korporativ strukturu təsdiq edildi

68795

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin korporativ strukturu təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə ASK məlumat yayıb. 

Bildirilir ki, müvafiq qərar “Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasının növbəti iclasında verilib. 

Bundan başqa, Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının əsasnaməsinin layihəsi, korporativ katibinin əsasnaməsi və Cəmiyyətin korporativ strukturunun təşkili kimi məsələlər müzakirə olunub, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. 
Sonda müzakirə olunan məsələlər üzrə Müşahidə Şurasının əsasnaməsinin layihəsi məqbul hesab edilib və Ümumi Yığıncağa təqdim edilməsinə razılıq verilib. Bununla yanaşı korporativ katibinin əsasnaməsi təsdiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO