Ceyhun Bayramov Lavrovla danışıqlar apardı - SÜLH MÜQAVİLƏSİ HAZIRLANACAQ

Ceyhun Bayramov Lavrovla danışıqlar apardı - SÜLH MÜQAVİLƏSİ HAZIRLANACAQ

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla danışıqlar apardı - SÜLH MÜQAVİLƏSİ HAZIRLANACAQ

68720

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında ali səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının icrası müzakirə edilib.

Həmçinin, XİN rəhbərləri bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov və Çavuşoğlu Brüssel görüşünü müzakirə etdi


Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmaların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO