2 milyonluq oğurluq edən

2 milyonluq oğurluq edən "alpinist"ə psixi ekspertiza təyin olundu

Hazırda oxunan: 2 milyonluq oğurluq edən "alpinist"ə psixi ekspertiza təyin olundu

68694

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizim.Media-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Cavid Süleymanovun vəkili vəsatət verərək müvəkkilinin psixi problemlərdən əziyyət çəkdiyini və bu səbəbdən onun barəsində ekspertlər tərəfindən stasionar ekspertiza keçirilməli olduğunu bildirib. O, ekspert rəylərinin iş materiallarına əlavə edilməsi istəyib. Vəsatət təmin edilib. 

Prosesdə digər zərərçəkənlərin və bəzi şahidlərin ifadəsi elan edilmiş hesab edilib. Bununla da məhkəmə istintaqı başa çatıb. 

Prokuror çıxış etmək üçün vaxt istəyib və proses aprelin 22-ə təyin edilib. 

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov hündürmərtəbəli binalarda bir neçə şəxsə məxsus mənzili qarət ediblər. 

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO