Ermənistanın siyasi nomenklaturası dünən Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqları müzakirə edərək “Qarabağı itirmişik” deyirlər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Brüssel görüşünü şərh edərkən, Avropa Şurası prezidentinin görüşün yekunlarına dair bəyanatında “Artsax” (Qarabağdakı qondarma rejim) və onun gələcək statusu haqqında bir kəlmənin olmamasından narazılığını bildirib.
Aşotyan qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri barədə bir ifadə də deyilməyib:
“Bunun əvəzinə xarici işlər nazirliklərinə sülh müqaviləsi hazırlamaq və aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması tapşırılıb”.
Politoloq Edqar Yelbakyan isə öz növbəsində Brüsseldə keçirilən görüşü “erməni milli maraqlarının siyasi Qərbin himayəsi altında basdırılması aktı” adlandırıb.
Onun sözlərinə görə, Aİ prezidenti öz bəyanatında “Artsax”ın (Qarabağdakı qondarma rejim) statusu haqqında heç nə deməyib.
“Və ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi onun faktiki olaraq ləğvindən xəbər verir. Qoşunların sərhəddən güzgü formatında geri çıxarılması (neytral zonanın yaradılması) isə Ermənistan ərazilərinin (əslində həmin yerlər Azərbaycanın suveren torpaqlarıdır) təhvil verilməsi deməkdir”, deyə Yelbakyan yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:06 / 07.04.2022
Erməni müxalifəti etiraf etdi: “Qarabağı itirmişik!”
Hazırda oxunan: Erməni müxalifəti etiraf etdi: “Qarabağı itirmişik!”
Hazırda oxunan: Erməni müxalifəti etiraf etdi: “Qarabağı itirmişik!”
68531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.