Abituriyentlərin şikayətlərinə SON - “İmtahanlardan açıq tipli suallar yığışdırılmalıdır” – TƏKLİF 

Abituriyentlərin şikayətlərinə SON - “İmtahanlardan açıq tipli suallar yığışdırılmalıdır” – TƏKLİF 

Hazırda oxunan: Abituriyentlərin şikayətlərinə SON - “İmtahanlardan açıq tipli suallar yığışdırılmalıdır” – TƏKLİF 

68475

5-6 mart tarixli buraxılış imtahanlarından narazılıqlar rekord həddə çatıb.

Narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Xeyli sayda abituriyent açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia edirlər.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub.

İmtahanda iştirak edən şagirdlərin çoxu Azrbaycan dili fənnindən olan açıq tipli tapşırıqlarda zəif nəticə göstəriblər. Ümumilikdə narazı qalan 5905 abituriyent apelyasiya şikayəti verib. 

Ekspertlər son illərlə müqayisədə bunu rekord göstərici hesab edirlər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi imtahanlardan açıq tipli sualların aradan qaldırılması təklifi ilə çıxış edib. O, deyib ki, illərdir məhz bu suallarla bağlı problemlər yaşanır və davam edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlərin NƏZƏRİNƏ: Ərizə qəbulu bu gün başa çatır


“Mən açıq tipli sualların olmasının əleyhinəyəm. Çünki burada obyektiv qiymətləndirmənin olması mümkün deyil. Yekunda avtomatlaşdırılmış sistem bu qiyməti ortaya çıxarır və hər hansı nöqsanlar üzə çıxa bilir. Qapalı suallarda şagird cavabı qaralayır və o qaralama əsasında cavabın düzgün, yaxud səhv olması üzə çıxır. Fərqindəsizsə, qapalı suallarla bağlı kiminsə şikayəti yoxdur. Demək ki, biz hansısa nöqsanlara yol veririk. Bunları aradan qaldırmaq üçün birmənalı olaraq açıq tipli suallar ləğv olunmalıdır. Qarşıdakı 12-13 mart və blok imtahanlarında da bu kimi problemlər olacaq. Bir sözlə nə qədər açıq tipli sualları saxlayacağıqsa, şikayətlər davam edəcək”.

Ekspertin sözlərinə görə əvvəlki illərdən fərqli olaraq bu il açıq tipli suallarla bağlı şikayətlərin artımı hiss olunur:

“Abituryentlər bunun səbəbini sırf açıq tipli sulların qiymətləndirilməsi zamanı onlara balların verilməməsi ilə əlaqələndirirlər. Halbuki müvafiq olaraq ballar sualın cavablandırılmasına əsasən qiymətləndirilib. Sadəcə fərqlər ortaya çıxıb. Bunun da əsas səbəbi açıq tipli sualların cavablarının bir müəllim deyil, bir neçə müəllim  tərəfindən yoxlanılmasıdır. Çünki hər müəllim məsələyə fərqli cür yanaşa bilər. 3 müəllimin yoxlamasından sonra avtomatlaşdırılmış bir sistem, optik oxucu vasitəsilə qiymətləndirmə həyata keçirilir. Yəni burada insan amili rol oynamır. Qiymətləndirmə isə məhz həmin planlaşdırılmış idarəedicinin ümumi ortaq gəldiyi qərara əsasən verilir. Qiymətləndirmədə müvafiq olaraq sıfr avtomatlaşdırılmış sistemin müəyyən etdiyi qiymət fərqi ortaya çıxır və bu şikayətlərdə hardasa abituriyentlərə haqq qazandırmaq olar”.

Ekspert buraxılış imtahanlarında DİM-in sonuncu kurs tələbələrini imtahanlara cəlb etməsi məsələsinə də münasibət bildirib.

O, deyib ki, bu barədə yayılan fikirlər absurddur:

“DİM magistratura pilləsində sonuncu kursda təhsil alanları və jazırda ümumtəhsil müəssisələrində çalışan müəllimləri prosesə cəlb edir. Hansı ki, onlara aylarla təlimlər keçirilir. O təlimləri uğurla başa vuranlara sertifikat verilir və imtahanlara onlar cəlb olunurlar. İstisna etmirik ki, onlar da texniki səhvlərə yol verərlər.

Bu, təbii haldır. Təxminən 60-70 min nəfər imtahan verir və hamısının yoxlanılması, düzgün qiymətləndirilməsində müəyyən nöqsanlar ortaya çıxa bilər. Bundan əlavə biz müşahidə etdik ki, abituriyentlər cavablarının açığına baxmadan apelyasiya şikayəti verirlər.
Barıt çəlləyinə o odu atanların əksəriyyəti də təssüflər olsun ki, repititor fəaliyyəti ilə məşğul olan müəllimlərdir. Çünki heç bir müəllim istəməz ki, yanına hazırlığa gələn uşaqğın nəticəsi zəif olsun. Belə olan halda özündə olan günahı müvafiq qurumun üzərinə atacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO