Azərbaycanda ötən ay elmi dərəcə verilən şəxslərin SAYI

Azərbaycanda ötən ay elmi dərəcə verilən şəxslərin SAYI

Hazırda oxunan: Azərbaycanda ötən ay elmi dərəcə verilən şəxslərin SAYI

68264

Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.

Komissiyadan Bizim.Media-ya verilən məlumata görə, ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bundan başqa, mart ayında 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
Mart ayı üzrə 82 dissertasiya müdafiə edilib. Onlardan 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində, 73-ü fəlsəfə doktorluğu üzrə, 9-u isə elmlər doktorluğu üzrə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO