“4 ölkədən 4 fotoqraf Şuşanı 4 fəsildə lentə alacaq” – YENİ LAYİHƏ

“4 ölkədən 4 fotoqraf Şuşanı 4 fəsildə lentə alacaq” – YENİ LAYİHƏ

Hazırda oxunan: “4 ölkədən 4 fotoqraf Şuşanı 4 fəsildə lentə alacaq” – YENİ LAYİHƏ

68099

Mən dünyanın bir çox ölkələrində mədəni layihələrdə iştirak etmişəm. Çin, Meksika, ABŞ və Avropanın bir neçə ölkələrində çalışmışam. Azərbaycanda belə bir layihədə iştirakımdan çox məmnunam.

Bizim.Media xəbər verir ki, bunu aprelin 5-də “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransında layihənin kuratoru, italiyalı Anjello Buçarellidi deyib.

Layihənin yaranma səbəbindən danışan Anjello qeyd edib ki, Qarabağı dünyada təbliğ etmək istəyi təsadüfi yaranmayıb. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bütün dünyanı təsirləndirib: 

“Biz müasir dünyada yaşadığımız üçün şəkillər vasitəsilə kontenti dünyaya çatdırmağı daha məqsədəuyğun hesab edirik, çünki bütün dünyada baş verənlərə şəkillə baxmaq daha maraqlıdır. Biz Şuşanı 4 fəsildə təqdim etməyi qərara aldıq. Düşündük ki, hər fəsli fərqli fotoqraf lentə alsın. Dörd müxtəlif fotoqraf 4 müxtəlif ölkədən Azərbaycana səfər edəcək. 

Bu qlobal bir layihədir. İsveçrə, İtaliya, Finlandiya və Almaniyadan gələcək fotoqraflar layihəyə qoşulacaq. Ümumilikdə 120 şəkil olacaq.
Şəkillər toplandıqdan sonra kataloq halında dərc ediləcək, daha sonra müxtəlif ölkələrdə sərgi şəklində nümayiş olunacaq. Həmçinin şəkillər onlayn formada da yayımlanacaq. Mədəniyyət Nazirliyi bu şəkillərdən istədiyi formada istifadə edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO