Düşmənə vətən müharibəsinin qələbə mesajı hələ 4 il öncə verilmişdi. 2016-ci il aprel döyüşlərindən sonra Ermənistan həqiqi həyəcanı yaşayaraq, məğlubiyyətin qaçılmaz olduğunu artıq dərk etmişdi. O 4 günü Azərbaycanın hərb tarixinə yazdıran oğullar öz güc, qüvvət, ən əsası isə niyyətini qarşı tərəfə agah edərək, səbrin tükəndiyini bildirdi. Həmin igidlərdən biri barəsində- Xüsusi Təyinatlı Qüvvələrimizin giziri Pəncəli Teymurovdan danışacağıq indi.
Bizim.Media xəbər verir ki, Pəncəli Teymurovun həyatının ən xoş anında belə bir istəyi əslində xoşbəxtliyin daha alisinə ünvanlanmışdı.
Çoxları həyatda ölümün pəncəsindən qurtulmamaq qorxusu yaşadığı halda, başqa bir Pəncəli vardı. Şəhadət arzusu ilə hər zaman ölümün yaxasında, hər an düşmənin başının üzərində olan Pəncəli.
Xüsusi Təyinatlı qüvvələrin giziri Pəncəli Teymurov düşmənin qorxulu yuxusuna çevirilmişdi.
"Qoca qurd" ləqəbli qəhərmanımız Aprel döyüşlərinə qədər də qarşı tərəfə bir neçə dəfə sarsıdıcı zərbə endirmişdi. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli Teymurov 4 erməni zabiti və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv edib. Pəncəli Teymurov bu şücaətinə görə Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilib. O, aprel aprel döyüşlərində də vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Pəncəli döyüş yoldaşları ilə birlikdə talış yüksəkliyinin azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərib. Pəncəli Teymurov qarşı tərəfin bir neçə hərbi teznikasını və canlı qüvvəsini darmadağın edərək onların döyüş əzmini qırıb.
Şəhidimizin anası Vahimə Ağayeva deyir ki, Pəncəli həyətlərindəki boş torpaq sahəsində özünə ev tikdirmək istəyirmiş.
Pəncəli Teymurovun bu arzusunu onun yaxınları doğulduğu Astaranın Əzərüd kəndində reallaşdırıb. Gizir Pəncəli Teymurovun xatirəsini əbədiləşdirmək üçün şəhidin şəxsi əşyaları qorunan ev muzeyi yaradılıb. Şəhidimizin adına tikilən muzeydə qəhrəmanımızın şəxsi avtomobili də saxlanır.Vahimə Ağayeva bildirir ki, muzeydəki əşyalar bura gələnlərdə vətənpərvərlik hisslərini daha da gücləndirir.
Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi. Qardaşı Famil Teymurov Pəncəlinin aprel döyüşlərində düşməndən artıqlaması ilə intiqam aldığını deyir.
Pəncəli Teymurov ölümündən sonra "Vətən uğrunda" medalına da layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:11 / 05.04.2022
Ermənistanı lərzəyə salan “Qoca qurd” - VİDEO
Hazırda oxunan: Ermənistanı lərzəyə salan “Qoca qurd” - VİDEO
Hazırda oxunan: Ermənistanı lərzəyə salan “Qoca qurd” - VİDEO
68039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.