Masallıda qadını linglə qətlə yetirən şəxsdən XƏBƏR VAR

Masallıda qadını linglə qətlə yetirən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Masallıda qadını linglə qətlə yetirən şəxsdən XƏBƏR VAR

67885

Masallıda qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən yekunlaşdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda arvadını öldürən şəxsdən XƏBƏR VAR


Aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq cinayətini törətmək üçün həmin gün saat 10 radələrində heç kəsin olmadığını düşünərək Aidə Şəmmədovanın yaşadığı evə qanunsuz daxil olub otaqlarda axtarış apararkən evin dəhlizində qəflətən Aidə Şəmmədova ilə qarşılaşıb, törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə sonuncunun baş nahiyəsinə linglə bir neçə dəfə zərbə endirərək onu qəsdən öldürüb.

Şəhriyar Tapdıqova Cinayət Məcəlləsinin 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO