Amerika kəşfiyyatı hesab edir ki, Rusiya mayın 9-dək Donbası tam nəzarətə götürmək istəyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə CNN kəşfiyyata yaxın mənbələrə istinadən məlumat yayıb.
Kanal xatırladıb ki, Rusiya Ukrayna ilə bağlı strategiyasını yenidən nəzərdən keçirib və rəsmi olaraq bəyan edib ki, indi diqqətini Donbasa yönəltmək niyyətindədir:
“Ukraynanın qalan hissəsində Rusiya quru qoşunları “döyüş apardıqları ərazilərə nəzarəti saxlaya bilmirlər”.
CNN-in fikrincə, Rusiya prezidenti Vladimir Putin mayın 9-dək uğur qazanmaq istəyir. Mənbələr deyir ki, Qələbə bayramı onun üçün simvolik məna daşıyır.
Avropa İttifaqı ölkələrindən birinin Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya prezidenti iki çeçen kampaniyasının ssenarisi üzrə uzunmüddətli müharibəyə hazırlaşır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:32 / 03.04.2022
CNN: Rusiya mayın 9-dək Ukraynanın şərqində qələbə çalacaq
Hazırda oxunan: CNN: Rusiya mayın 9-dək Ukraynanın şərqində qələbə çalacaq
Hazırda oxunan: CNN: Rusiya mayın 9-dək Ukraynanın şərqində qələbə çalacaq
67759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.