Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb.
Bizim.Media xəbər verir ki, XİN rəhbəri Azərbaycanın hər zaman danışıqlara hazır olduğunu bildirib:
"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - C.Bayramov bildirib.
Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:10 / 02.04.2022
Ceyhun Bayramov: "Bu, Ermənistan üçün bir şansdır"
Hazırda oxunan: Ceyhun Bayramov: "Bu, Ermənistan üçün bir şansdır"
Hazırda oxunan: Ceyhun Bayramov: "Bu, Ermənistan üçün bir şansdır"
67670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.