"Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır" – İlham Əliyev 

Hazırda oxunan: "Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır" – İlham Əliyev 

67634

"Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul etdi


"Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir.

İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır", - dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO