Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat paylaşılıb. Qərar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, müvafiq sənəd 2021-ci il 19 fevralında Ankarada imzalanıb.
Bizim.Media