Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Bizim.Media xəbər verir ki, bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, bu gün Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclası keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ola bilər
Tədbirdə türkdilli ölkələrin mədəniyyət nazirləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təşkilatın Baş katibi Düsen Kaseinov da iştirak edirlər.
Bizim.Media