Bu yerlərdə tikilən evlər söküləcək - VİDEO

Bu yerlərdə tikilən evlər söküləcək - VİDEO

Hazırda oxunan: Bu yerlərdə tikilən evlər söküləcək - VİDEO

67229

Azərbaycanda pay torpaqlarının sənədləşdirilməsi prosesi davam edir.

Bizim.Media xəbər verir ki, vətəndaşlardan şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur. Bütün rüsumlar isə dövlət hesabına həyata keçirilir. 

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki, 50 minə yaxın ailənin pay torpağının sənədi yox idi.
Ötən ilin oktyabrında prezident İlham Əliyevin fərmanı ilə  məhz bu torpaqların sənədləşdirilməsi prosesinə start verilib.

Vətəndaşları maraqlandıran digər bir sual isə pay torpaqlarında hər hansı bir tikintinin aparılması ilə bağlıdır. Qurum rəsmisi bu suala aydınlıq gətirib. 

Qeyd edək ki, pay torpaqları 1990-cı illərdə Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində vətəndaşlara əvəzsiz olaraq verilib və milyon yarım vətəndaş pay torpağı ilə təmin edilib.

Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO