31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksi bu gün ziyarətçiləri qəbul etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, ilboyu xarici və yerli turistlərin daimi anım yeri olan kompleks artıq bir neçə gündür kütləvi şəkildə ziyarət olunur.
Ermənilərin azərbaycanĺılara qarşı soyqırımının canlı sübutu olan bu möhtəşəm kompleksə bu gün 5 mindən çox insanın gələcəyi, burada uyuyan 1918-ci il mart hadisələrinin qurbanı olmuş dinc insanların xatirəsini yad edəcəyi gözlənilir.
Aytəkin Alxaslı, Bizim.Media