Bakı metrosunda problem yarandı - SİQNAL İŞƏ DÜŞDÜ...

Bakı metrosunda problem yarandı - SİQNAL İŞƏ DÜŞDÜ...

Hazırda oxunan: Bakı metrosunda problem yarandı - SİQNAL İŞƏ DÜŞDÜ...

67199

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

""Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə işə müvafiq işarəvermə siqnalı düşüb.

Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb.
Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb", - deyə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO