Ötən il Azərbaycanda 1500 tona yaxın balıq ovlanıb

Ötən il Azərbaycanda 1500 tona yaxın balıq ovlanıb

Hazırda oxunan: Ötən il Azərbaycanda 1500 tona yaxın balıq ovlanıb

67184

Azərbaycanda 2021-ci ildə 279 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1837,4 ton kvotaya qarşı 1463,6 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, ovlanmış balığın 922,6 tonu kilkə, 109,8 tonu kütüm, 89,4 tonu siyənək, 89,1 tonu kefal, 65,7 tonu külmə, 44,5 tonu çapaq, 49,1 tonu çəki, 25,4 tonu dabanbalığı, 11,8 tonu sıf, 13,2 tonu şamayı, 5,0 tonu naxa, 2,8 tonu qarasol, 1,8 tonu x əşəm, 1,0 tonu durna balığı, 1,1 tonu xərçəng, 31,3 tonu digər balıq növlərinin payına düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sənaye balıq ovu qadağan ediləcək - Bu tarixdən 


2021-ci ildə balıqçılar tərəfindən kvota üçün 119,2 min manat ödənilib.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2021-ci ildə ilkin məlumata görə 59513 ton balıq ovlanmışdır ki, bu da 2020-ci ildəkindən 2,8 faiz azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO