Evin martın 29-da açıqladığı 2023-cü maliyyə ili büdcə təklifində Bayden administrasiyası ABŞ-ı Ermənistana cəmi 24 milyon dollar yardım ayırmağa çağırıb. Amma sənəddə Qarabağdakı erməni separatçılara yardım üçün konkret məbləği nəzərdə tutulmayıb. Əvəzində Azərbaycan üçün hərbi yardımın məbləği 168 milyon dollar göstərilib.
Məlumdur ki, əksər hallarda Ağ Ev Ermənistana Azərbaycandan daha yüksək məbləğdə yardım ayırması ilə seçilirdi.
Bəs, ABŞ-ın Cənubi Qafqaz siyasətində bu cür köklü dəyişikliyin səbəbi nədir?
Mövzunu Bizim.Media üçün şərh edən millət vəkili Elman Nəsirov Azərbaycanın ilk növbədə qalib tərəf olduğunu diqqətə çatdırıb:
“Qalib hər yerdə qalibdir. Qalibləri mühakimə etmirlər. ABŞ-da torpaqıarımızın işğal altında olduğu 30 illik dönəmdə Minsk qrupunun həmsədri kimi proseslərin mərkəzində idi. Ağ Ev də gördü ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirdi, ordumuz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını işğaldan azad etdi, yeni hədəflər müəyyən edərək, işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri həyata keçirir. Bundan əlavə, Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə öz töhfələrini verir”.
Elman Nəsirov Ağ Evin mövqeyindəki dəyişiklikdə Rusiya-Ukrayna münaqişəsində rəsmi Bakının seçdiyi siyasi kursun da rolunun olduğunu diqqətə çatdırıb:
“Azərbaycan münaqişənin gedişində obyektiv mövqe ortaya qoyur. Qərəzsiz və tərəfsiz siyasət yeritməklə sülh prosesinə töhfə vermək niyyətini nümayiş etdirir. Bundan əlavə, Azərbaycan enerji təhlükəsizliyində müstəsna rola malikdir və bu gün həmin rol daha da artmaqdadır. Xüsusilə də, Rusiya-Ukrayna münaqişəsi kontekstində Azərbaycanın enerji ixrac edən ölkə kimi çəkisi daha da artıb”.
Deputat bütün bu nüansların rəsmi Vaşinqtonun diqqətindən yayınmadığını, Baydenin İlham Əliyevə təbrik məktubu göndərməsinin və dövlət katibi Entoni Blinkenin Prezidentlə telefon əlaqəsi saxlamasının təsadüfi olmadığını vurğulayıb:
“Bunun sayəsindədir ki, 2023-cü büdcə ili üçün Azərbaycana və Ermənistana ayrılan yardımlarda fərqli dinamikanın şahidi oluruq. Görürük ki, əvvəlki illərlə müqayisədə Ermənistana daha aşağı miqdarda vəsait ayrılması təklif olunur. Bu Azərbaycanın perspektivli, regional və qlobal təhlükəsizliyə töhfə verən, Ermənistanın isə autsayder, qeyri-fəal oyunçu kimi qəbul edildiyinin sübutudur”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:45 / 30.03.2022
ABŞ Azərbaycana hərbi yardımı niyə artırdı? – Elman Nəsirov SƏBƏBLƏRİ açıqladı
Hazırda oxunan: ABŞ Azərbaycana hərbi yardımı niyə artırdı? – Elman Nəsirov SƏBƏBLƏRİ açıqladı
Hazırda oxunan: ABŞ Azərbaycana hərbi yardımı niyə artırdı? – Elman Nəsirov SƏBƏBLƏRİ açıqladı
67131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.