Rusiya ilə sülh müqaviləsinin imzalanması Rusiya qoşunlarının fevralın 23-dən etibarən nəzarətində olan Ukrayna ərazisindən tamamilə çıxarılması şərtilə mümkündür.
Bizim.Media xəbər verir ki, bunu RBK-Ukraynaya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya deyib.
"Müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi məqama çatdıqda, onlar tam getməli olacaqlar. Və sonra biz onu imzalamaq, təsdiqləmək və ya parafinasiya etmək üçün imzalayacağıq. Bu, sənədin işlək şəkildə imzalanmasını təmin etmək üçün zəruri şərtlərdir", - deyə o, qeyd edib.
Araxamiya Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının məsələsini danışıqlarda ən çətin məsələ adlandırıb:
“Bu məsələ hələ danışıqlarda müzakirə olunmayıb”.
O, həmçinin deyib ki, Rusiya o cümlədən Xerson vilayətinin cənubunu - Krıma gedən "dəhliz" adlanan ərazini tərk etməli olacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:49 / 30.03.2022
Rəsmi Kiyev Rusiya ilə sülh müqaviləsinin ŞƏRTİNİ açıqladı
Hazırda oxunan: Rəsmi Kiyev Rusiya ilə sülh müqaviləsinin ŞƏRTİNİ açıqladı
Hazırda oxunan: Rəsmi Kiyev Rusiya ilə sülh müqaviləsinin ŞƏRTİNİ açıqladı
67118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.