Bakıda motosiklet piyadanı vurub, sürücü ölüb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurub və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəyib. Nəticədə G.İmanov hadisə yerində ölüb, sərnişini və piyada xəstəxanaya yerləşdiriliblər.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:45 / 30.03.2022
Bakıda motosiklet piyadanı vurdu, sürücü öldü
Hazırda oxunan: Bakıda motosiklet piyadanı vurdu, sürücü öldü
Hazırda oxunan: Bakıda motosiklet piyadanı vurdu, sürücü öldü
67081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.