DGK sədri italiyalı həmkarı ilə görüşdü - FOTO

DGK sədri italiyalı həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: DGK sədri italiyalı həmkarı ilə görüşdü - FOTO

67021

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Komitə sədri Səfər Mehdiyev Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirib, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.

İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna Azərbaycan Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan razı qaldığını bildirib, bugünədək layihə ilə bağlı səmərəli iş aparıldığını vurğulayıb.

Marsello Minenna Azərbaycan gömrüyü ilə əməkdaşlığın təmsil etdiyi qurum üçün xüsusi önəm daşıdığını və əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, eləcə də tvinninq layihəsinin gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. 
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO