"Mixail Delyagini şəxsi emosiyalarına hakim olmağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməməyə çağırırıq".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.
“Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.
Bizim.Media