İlham Əliyev bu Əsasnaməni təsdiqlədi 

İlham Əliyev bu Əsasnaməni təsdiqlədi 

Hazırda oxunan: İlham Əliyev bu Əsasnaməni təsdiqlədi 

66766

Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də əksini tapıb. 

Əsasnaməyə əsasən, Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır: 

- xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına daxil olan humanitar yardımlar barədə məlumatları toplamaq, həmin yardımları qəbul etmək, onların uçotunun aparılması, saxlanılması, bölgüsü, təyinatı üzrə çatdırılması və istifadəsi ilə bağlı işləri təşkil etmək və bu işlərə nəzarət etmək; 

- müvafiq sahədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək; 

- Azərbaycan Respublikası tərəfindən xarici dövlətlərə və beynəlxalq təşkilatlara humanitar yardımların göndərilməsi və uçotunun aparılması ilə bağlı işləri təşkil etmək və əlaqələndirmək; 

- müvafiq sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının), həmkarlar ittifaqlarının, həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək; 

- müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər vermək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO