Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İT xərclərinə qənaət edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İT xərclərinə qənaət edəcək

Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İT xərclərinə qənaət edəcək

66627

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bütün İT infrastrukturu “Hökumət buludu”na inteqrasiya olunub.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelekom” MMC-dən bildirilib.

Məlumata görə, inteqrasiya Novruz bayramı günlərində həyata keçirilib.

Bu inteqrasiyanın həyata keçirilməsi ƏƏSMN-nin İT xərclərinə 25-30 % qənaət etməsinə şərait yaradacaq.

“Hökumət buludu”na qoşulduqdan sonra Nazirlik üçün ayrılmış İT resurslarının idarə edilməsni “Özünüidarəetmə platforması” vasitəsilə həyata keçiriəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.

Azərbaycan Prezidentinin G-cloudun yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli Fərmanına əsasən, “Hökumət buludu” layihəsinin həyata keçirilir.

“Hökumət buludu” ilə dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına və dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına nail olunacaq.

Beləliklə, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi imkanı yaranacaq.

Fərmanda qeyd olunduğu kimi, “Hökumət buludu”nun fiziki təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidməti ilə “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunması üçün birgə tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO