Bakıda “Azərsu”nun işçiləri qəzaya düşdü - FOTO

Bakıda “Azərsu”nun işçiləri qəzaya düşdü - FOTO

Hazırda oxunan: Bakıda “Azərsu”nun işçiləri qəzaya düşdü - FOTO

66582

Bakının Nərimanov rayonunda sərxoş sürücü qəza törədərək üç nəfərin ağır yaralanmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, qəza Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirərək yol kənarında su borusunun təmiri ilə məşğul olan Azərsu ASC-yə məxsus “MAN” markalı avtomobilə çırpılıb.

Toqquşma zamanı Azərsu ASC-nin boru təmiri ilə məşğul iki əməkdaşı və minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Verilən məlumata görə, qəzanı törədən 99-GE-722 dövlət nişanlı “Mercedes”-in sürücüsü ağır dərəcəli sərxoş olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO