Azərbaycan qazının Bolqarıstana nəqli bu tarixdə başlanacaq - RƏSMİ

Azərbaycan qazının Bolqarıstana nəqli bu tarixdə başlanacaq - RƏSMİ

Hazırda oxunan: Azərbaycan qazının Bolqarıstana nəqli bu tarixdə başlanacaq - RƏSMİ

66443

Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək. 

Bizim.Media "eKathimerini" nəşrinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib. 

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək. 

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.

Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. 

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO