Siyəzəndə ağır QƏZA: 2 yük maşını toqquşdu – FOTO

Siyəzəndə ağır QƏZA: 2 yük maşını toqquşdu – FOTO

Hazırda oxunan: Siyəzəndə ağır QƏZA: 2 yük maşını toqquşdu – FOTO

66427

Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın regional bürosu xəbər verir ki, Bakı-Quba yolunun 112-ci kilometrliyində - Siyəzən rayonunun Gilgilçay qəsəbəsindən keçən hissəsində  iki yük avtomobili toqquşub. 

Hadisə nəticəsində Şabran sakini, 64 yaşlı Həsən Nuriyevin idarə etdiyi "Qazel "markalı yük avtomobili ilə Bakı sakini,32 yaşlı Orxan Ağayevin idarə etdiyi "İsuzi"markalı yük maşının toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb.

Dərhal əraziyə 113 Təcili Tibbi Təxirəsalınmaz  Yardım Stansiyasının briqadası çağrılıb və hər iki sürücü Siyəzən rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Qəzanın başvermə səbəbləri araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO