ABŞ Rusiyanın G20-dən çıxarılması ilə bağlı mövqeyini açıqladı

ABŞ Rusiyanın G20-dən çıxarılması ilə bağlı mövqeyini açıqladı

Hazırda oxunan: ABŞ Rusiyanın G20-dən çıxarılması ilə bağlı mövqeyini açıqladı

66344

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın G20-dən çıxarılması ilə bağlı fikirlərini bölüşüb.

Bu barədə Bizim.Media xarici mətbuata istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, bu, təşkilatın özündən asılıdır. Baydenin sözlərinə görə, G20-nin növbəti sammitinə Rusiyanın əvəzinə Uklraynanı dəvət etmək lazımdır.

Daha əvvəl bildirilib ki, ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz.

ABŞ konkret qurumlar və konkret həll yolları ilə bağlı müttəfiqləri ilə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO