Polis Cəlilabad sakinini tutdu – Oğurluq edib

Polis Cəlilabad sakinini tutdu – Oğurluq edib

Hazırda oxunan: Polis Cəlilabad sakinini tutdu – Oğurluq edib

66257

Cəlilabad rayonunun Türkelli kəndində evlərdən birindən 1290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Araşdırmalarla onun digər həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO