Salyanda iki avtomobil toqquşdu - YARALILAR VAR

Salyanda iki avtomobil toqquşdu - YARALILAR VAR

Hazırda oxunan: Salyanda iki avtomobil toqquşdu - YARALILAR VAR

66183

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri - 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO