Beyləqan sakinindən odlu silah və qumbara götürüldü – FOTO

Beyləqan sakinindən odlu silah və qumbara götürüldü – FOTO

Hazırda oxunan: Beyləqan sakinindən odlu silah və qumbara götürüldü – FOTO

66122

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.

Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO