Tovuzda avtomobil aşdı -  ata və oğlu xəsarət aldı

Tovuzda avtomobil aşdı -  ata və oğlu xəsarət aldı

Hazırda oxunan: Tovuzda avtomobil aşdı -  ata və oğlu xəsarət aldı

66095

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Dondar Quşçu kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində minik avtomobili aşıb.

Qəza nəticəsində Murad Əsgərov və onun atası Akif Əsgərov müxtəlif dərəcəli bədən  xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO